"Cavab görüşünə daha hazırlıqlı olacağıq" KuPS-un legioneri

Finlandiya KuPS-unun futbolçusu Sayku Turay UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçisi Kuopio komandasının mərhələ adlamaq üçün real şanslarının olduğunu bildirib.

“İlk oyundan sonra daha hazırıq. Nə etməli olduğumuzu bilir və eyni zamanda bu cütdən keçmək üçün real şansımızın olduğunu dərk edirik. İlk görüşdə “Sabah”ın nümayiş etdirdiyi ritmdə hələ deyildik. Temp yüksək idi. İnanıram ki, ilk oyundan sonra daha hazırlıqlı olacağıq”, – deyə Touray qeyd edib.

Qambiya millisinin üzvü Masazırdakı ilk qarşılaşmada ikinci hissədə meydana çıxaraq yaxşı təsir bağışlamışdı. O, cavab görüşündə start heyətində yer alacağı təqdirdə komandasına maksimum fayda verməyə hazır olduğunu vurğulayıb:

“Düzü, meydanda etməli olduğum işi görürəm. KuPS-la müqavilə imzaladığım ilk gündən mentalitetim belədir. Məşqçilər məni meydançaya buraxmaq istəyəndə hazıram. Bu, çərşənbə axşamı start heyətində oynamaq deməkdirsə, belə də olacaq. Komandaya necə kömək edə bilərəmsə, bunu edəcəyəm”.

Touray bildirib ki, KuPS-un mərhələ adlaması üçün evdə qələbə qazanması vacibdir. O, komandanın bu cütlükdən qalib ayrılacağına inandığını söyləyib.

Qeyd edək ki, iyulun 28-də keçiriləcək KuPS - "Sabah" matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İlk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right