“Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir” – “KuPS”un baş məşqçisi

Finlandiyanın “KuPS” klubunun baş məşqçisi Miyka Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Newsport.az xəbər verir ki, finlandiyalı məşqçi komandasının Bakıdakı məğlubiyyətini də şərh edib:

“Təbii ki, Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir. Buna baxmayaraq, biz Bakıda komandanı oyunda saxlayan nəticə əldə etdik. Lakin növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik”. Qeyd edək ki, “KuPS” – “Sabah” oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right