“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin final matçına çıxacaq.
Newsport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" yarımfinalda Monteneqro təmsilçisi "Buduçnost"a penaltilər seriyasında qalib gəlib.