Bu gün "Neftçi"nin qadın futbolçulardan ibarət komandası 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasında ilk matçına çıxacaq.
Newsport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.
1-ci qrupun yarımfinal oyunu Yunanıstandakı Veria stadionunda keçiriləcək və Bakı avxtilə saat 12:00-da başlanacaq.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsünə rəqib olacaq.