"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi

KuPS-un baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, finlandiyalı mütəxəssis Azərbaycan təmsilçisini cütün favoriti hesab etdiyini deyib.

"Burada olduğumuz üçün şadıq. Rəqibi ətraflı analiz etmişik. "Sabah"ın Uelsin TNS klubuna qarşı keçirdiyi hər iki oyuna baxmışıq. Bizi çətin qarşılaşmalar gözləyir. Rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Topa yaxşı nəzarət edirlər. Bizim üçün asan olmayacaq. Açığını desəm, "Sabah" bu cütün favoritidir. Hazırda bütün fikrimiz sabahkı oyundadır".

Qeyd edək ki, "Sabah" - KuPS oyunu iyulun 21-də saat 20:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right