Azərbaycanlı futbolçunun komandası ÇL-də mərhələ adladı

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin bütün oyunları başa çatıb.

Newsport.az xəbər verir ki, Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Albaniya çempionu Moldovada 1:1 oynadığı “Petrokub”u evdə 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu görüşdə Əliyev meydana çıxmayıb. Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdu.

O, “Eqnatiya”nın yeni mövsüm hazırlığına qatıla bilməyib. Əliyev iki gün öncə ölkəni tərk edə bilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right