"Sabah"ın baş məşqçisi jurnalistlər önünə çıxacaq

“Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsinin TNS ilə (ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdilər) ilə Uelsdə keçiriləcək cavab oyunu üçün İngiltərənin Osvestri şəhərinə çatıb.

Newsport.az xəbər verir ki, "bayquşlar" bu gün oyunöncəsi məşqə çıxacaq. 

Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas isə saat 21:30-da mətbuat konfransı keçirəcək.

TNS - "Sabah" matçı sabah Osvestridəki Park Hall stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right