UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünə start verilib.
Newsport.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günündə 10 qarşılaşma keçirilib.
Turnirdə debüt edən Azərbaycan çempionu "Sabah" Masazırda Uels təmsilçisi TNS-lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
"Sabah"ın potensail rəqibləri olan "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) cütünün ilk duelinda isə qonaqlar 2:0 hesabı ilə qalib gəlib.
7 iyul
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
"Sabah" (Azərbaycan) – TNS (Uels) - 2:0
Qollar: Velko Simiç, 66, Kahem Paris, 84
"Kauno Jalqiris" (Litva) – "Drita" (Kosovo) - 1:1
Qollar: Amin Benşaib, 24 – Blerim Krasniqi, 82
"Linkoln" (Cəbəllüttariq) – "Inter Klub d'Eskaldes" (Andorra) - 3:1
Qollar: Nano, 16-pen., (Qol), 26, Fakundo Alvares, 66 – Kristian Rutjens, 45+2-avtoqol
"Ararat" (Ermənistan) – "Riga" (Latviya) - 2:0
Qollar: Huqo Oliveira, 63, Karlos Fransa, 86
"Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) - 0:2
Qollar: Brahima Maqassa, 45, Bob Armah, 49
"Floriana" (Malta) – "Şemrok Rovers" (İrlandiya) - 2:0
Qollar: Kiriant Nvoko, 29, Kemar Reid, 54
"Borats" (Bosniya və Herseqovina) – "Levski" (Bolqarıstan) - 1:1
Qollar: Yovo Lukiç, 51 – Asen Mitkov, 38
"Tre Fiori" (San-Marino) – "Larn" (Şimali İrlandiya) - 0:1
Qollar: Endi Rayan, 63
"Klaksvik" (Farer adaları) – "Atert Bissen" (Lüksemburq) - 2:1
Qollar: Arni Frederiksberq, 11, Pall Klettskard, 69 – Fredrik Til, 41
"Vikunqur" (İslandiya) – "Dyor" (Macarıstan) - 1:0
Qol: Gisli Tordarson, 76