Çempionlar Liqası: “Arsenal” və “Bayern” yarımfinalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib.

Bu axşam 4 köklü komanda meydana çıxıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edib Rəqibini 4:3 hesabı ilə məğlub edən "Bavariya" mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və "Arsenal" növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub.

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub. 

 

15 aprel

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 4:3

Qollar: Pavloviç, 5, Keyn, 38, Diaz, 89, Olise, 90+4 - Güler, 1, 29, Mbappe, 42
İlk oyun - 2:1

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
İlk oyun - 1:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right