Çempionlar Liqası: "Real"ın qapıçısı bu göstəriciyə görə hamını qabaqladı

"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqası tarixində məhsuldar ötürmə sayına görə ən yaxşı qapıçıdır. 

Newşport.az "Opta Sport"a istinadən xəbər verir ki, belçikalı bu yarışda üç məhsuldar ötürmə edib ki, bunlardan ikisi cari mövsümdə baş verib.

"Deportivo"nun keçmiş qapıçısı Xose Fransisko Molina və “Bavariya”nın qolkiperi Oliver Kan Çempionlar Liqasında iki məhsuldar ötürmə ilə ikinci yeri bölüşürlər.

Kurtua Çempionlar Liqasının 1/8 finalının "Mançester Siti" ilə ilk oyununda (3:0) rekord sayda məhsuldar ötürmə edib.

Bu komandalar arasında cavab oyunu martın 17-də Mançesterdəki "Etihad" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right