Arbeloa: “Valverde ilə qürur duyuram”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Mançester Siti” üzərində qələbə qazandıqları matçdan sonra açıqlama verib.

Madrid təmsilçisi “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmada rəqibini 3:0 hesabı ilə məğlub edib. Oyunun qəhrəmanı isə bütün qolların müəllifi olan uruqvaylı yarımmüdafiəçi Federiko Valverde olub.

Newsport.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Arbeloa Valverdenin performansını yüksək qiymətləndirib:

“Fede üçün çox sevinirəm. Baxmayaraq ki, onu daim iradlarımla bezdirirəm. Bilmirəm, bəlkə də, davamlı olaraq verdiyim məsləhətlərə görə bir gün mənə nifrət edəcək. Amma belə bir gecədən sonra onunla qürur duyuram. O, bunu tam haqq edirdi”.

Valverde isə öz növbəsində bildirib ki, baş məşqçi ondan daim rəqib cərimə meydançasına daha çox daxil olmağı tələb edir və məhz bu tapşırıq onun qol imkanlarını artırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right