“Valverde fantastik futbolçudur” Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda, “Real”la qarşılaşmada rəqibin het-trik edən futbolçusu Federiko Valverdenin çıxışı barədə fikirlərini bölüşüb.

Uruqvaylı yarımmüdafiəçi 20-ci dəqiqədən 42-ci dəqiqəyədək het-trik edərək, komandasına 3:0 hesablı qələbə qazandırıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra Qvardiola rəqib futbolçunun oyununu yüksək qiymətləndirib:

“Valverde fantastik futbolçudur. Hətta onun neçə mövqedə oynaya biləcəyini demək belə, çətindir”.

Komandalar arasında cavab qarşılaşması gələn həftə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right