Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"a qarşı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçiriləcək və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi "Yuventus"la İtaliyada üz-üzə gələcək.

"Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edəcək. "Benfika" "Real"ın qonağı olacaq.  Fransa komandaları PSJ və "Monako" isə Parisdə qarşılaşacaqlar.

Xatırladaq ki, ötən gecə keçirilən oyunlardan sonra  "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.

25 fevral

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

21:45."Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 0:2

00:00.PSJ (Fransa) - "Monako" (Fransa)

İlk oyun - 3:2

00:00."Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

İlk oyun - 2:5

00:00."Real" (İspaniya) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right