"İnter" mübarizəni dayandırdı, "Atletiko və "Bayer" 1/8 finalda

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları başlayıb.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə “Nyukasl”la üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub. İlk oyunda İngiltərə klubu böyükhesablı qələbə qazanıb – 6:1. Beləliklə, "Qarabağ" ÇL-lə vidalaşıb.

“Atletiko” Madriddə “Brügge”ni qəbul edib və qalib gəlib. Tərəflərin ilk oyununda qalib müəyyənləşməmişdi – 3:3. 

"İnter" Norveçdə 1:3 hesabı ilə uduzduğu "Bodo-Qlimt"ə öz meydanında da yenilib - 1:2.

"Olimpaikos" isə Yunanıstanda uduzduğu (0:2) "Bayer"lə bu dəfə Almaniyada heç-heçə edib.

Nəticədə "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.

24 fevral

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

21:45 "Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) - 4:1

Qollar: Sorlot, 23, 76, 87, Kardoso, 48 - Ordonez, 36
İlk oyun 3:3

00:00 "Bayer" (Almaniya)– "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun 2:0

00:00 "İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2

Qollar: Bastoni, 76 - Hoq, 58, Evjen, 72
İlk oyun 1:3

00:00 "Nyukasl" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Tonali, 4, Joelinton, 6, Botman, 52 - Duran, 51, Cəfərquliyev, 57
İlk oyun 6:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right