Çempionlar Liqasında pley-off həyəcanı: "Qalatasaray" "Yuventus"a qarşı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.

Türkiyənin “Qalatasaray” klubu İstanbulda “Yuventus”u qəbul edəcək.

“Real” səfərdə “Benfika” ilə qarşılaşacaq. Fransanın PSJ və "Monako" klubları da bu gecə  üz-üzə gələcək. Dortmund “Borussiya”sı isə “Atalanta”n qəbul edəcək.

Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.

 

17 fevral

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

21:45 "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya)

00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya)

00:00 "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)

00:00 "Monako" (Fransa) – PSJ (Fransa)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right