Mourinyo: “Bu, futboldur, nəticəni qəbul etməlisən”

UEFA Çempionlar Liqasının 7-ci turunda səfərdə “Yuventus”a 0:2 hesabı ilə uduzan “Benfika”nın baş məşqçisi Joze Mourinyu oyundan sonra nəticəni şərh edib.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis məğlubiyyətin səbəbini sadə şəkildə izah edib:

“Komandalar arasındakı fərq ondadır ki, “Yuventus” iki qol vurdu, biz isə rəqib qapısına yol tapa bilmədik. Oyunun böyük hissəsində daha güclü tərəf biz idik. Komanda meydanda dominantlıq etdi, ancaq bu üstünlüyü qola çevirə bilmədik. Amma bu, futboldur, nəticəni qəbul etməlisən”.

Çempionlar Liqasının son turu ərəfəsində “Benfika” 6 xalla turnir cədvəlinin 29-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right