3-cü qoldan sonra gələn göz yaşları səs yazısında gizlənmişdi..

1 neçə gün öncə Qurban Qurbanovla qısa ünsiyyətim olmuşdu `what`upp` üzərindən..
 
Düz, 5 il bundan öncə həyatımın 15 illik `Qarabağ` səhifəsini  bağlamalı olduqda ağlıma gəlməzdi ki, 5 il sonra bugun ilk dəfə dua  edəcəm..
 
O səs 1 həftədi mənlə gəzirdi.. İlk dəfə onu dinləyəndə əlimi açmışdım, bir də bugün..
 
3 xala yox, qələbəyə yox, səsinə görə. Səsdən gələnə görə.. 
 
Məni dua etdirəcək söhbətin nə olduğunu yazmayacam. Zatən Qurbanovun  45 saniyəlik səsində dua etdirəcək nəsnəni anlamaq üçün 18 illik zəhmətini, iztirabını, inancını, fədakarlığını, özünü tanımaq lazımdı.
 
Amma o səsdə olan duyğunu hiss edən kimi ən azı onunla 13 il işləmiş biri kimi  son 5 ildə hiss etmədiyim duyğunu aldım.. 
 
Qurbanovun səsində heç nə yox idi. Yenə də ötkəmdi, vüqarlıydı..
 
Amma 3-cü qoldan sonra gələn göz yaşları səs yazısında gizlənmişdi..
 
Qoldan sonra ürəkdə, qəlbdə qala bilmədi..
 
İllərə, dünyaya, haqsızlığa  hayqırdı..
 
O anda çöhrəmdə `dua`mı siləndə Qarabağ boyda holland dostum Arturdan gözyaşlı mesajını aldım..
 
O da ağlayırdı, Qarabağın üçün çoxundan çox çalışan biri kimi `Qarabağ`ın Qarabağına..
 
Bu gecə yəqin çoxları ağlayırdı, `Qarabağ`ın oyununda, yanında ola bilməyənlər də, ürəyi(ndə) yananlar da..
 
Dualar mütləq gerçəkləşər.. 1 gün mütləq olar.. ya da 18 il sonra..
 
Düz, 5 il bundan öncə həyatımın 15 illik `Qarabağ` səhifəsinindən ayrılmışdm..
 
Nurlan Ibrahimov




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right