"Qarabağ"ın U-19 komandası "Ayaks"a uduzdu Yenilənib

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində sonuncu - 6-cı tur matçına çıxacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi evdə "Ayaks"ı qəbul edəcək. Görüş "Azərsun Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək. Oyun Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Əlavə edək ki, 5 oyunun hamısında uduzan "Qarabağ" U-19 komandası 35-ci yeri tutur. "Ayaks" isə 7 xalla 19-cudur. Cədvələ 15 xala malik "Real" liderlik edir. 

UEFA Gənclər Liqası, 6-cı tur

15:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 0:8

Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov

"Azersun Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right