Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Ayaks” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də başlanıb.
Sloveniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4
Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 1:1), Mateus Silva, 47 (2:1), Oskar Qlux, 79 (2:2), Anton Qoey, 83 (2:3), Oskar Qlux, 89 (2:4)
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)
VAR: Matej Juq (Sloveniya)
AVAR: Alen Borosak (Sloveniya)