"Arsenal"ın Çempionlar Liqasını qazanmaq üçün uzun müddətdir belə bir şansı olmayıb"

Ueyn Runi hesab edir ki, “Arsenal” Çempionlar Liqasını qazanmağa qadirdir.

Newsport.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq hücumçusu "Daily Mail"ə müsahibəsində bunları qeyd edib:

"Düşünürəm ki, onların çoxdan belə bir qalibiyyət şansı olmayıb. Start heyətində güclü futbolçular var və əgər zədələr baş versə, ehtiyatda da yaxşı oyunçular mövcuddur.

Onlar heyəti formalaşdırmaq üzərində çox yaxşı iş görüblər və Premyer Liqada çox güclü çıxış edirlər. Əgər bu oyunu Çempionlar Liqasına da daşıya bilsələr, çox yaxşı şansları olacaq."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right