Kapitan “Qarabağ”la matç haqda: “Vacib suallara yenidən düzgün cavab verdik”

UEFA Çempionlar Liqasında 5-ci turun oyunları start götürüb. “Napoli” dünən evdə “Qarabağ” üzərində 2:0 hesablı qələbə qazanıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra “Napoli”nin kapitanı Covanni Di Lorenzo görüşü şərh edib:

“Komanda çətin həftələrdən sonra yenidən oyuna olan həvəsini qaytara bilib. Son bir neçə həftə bizim üçün asan keçmədi, amma bu gün vacib suallara yenidən düzgün cavab verdik. Qələbə qazanmaq istəyirdik, xüsusən də, bu gün (dünən) Maradonanın ölümünün ildönümüdür. Biz həm özümüzə, həm də azarkeşlərə entuziazımı (böyük motivasiya) qaytardıq”.

“Napoli” Çempionlar Liqasının növbəti turunda “Benfika” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right