UEFA Çempionlar Liqasının 5-ci turuna start verilib və İtaliya təmsilçisi “Napoli” evdə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
Newsport.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, “Napoli”nin cari mövsümdə ən yaxşı futbolçularından biri olan Skott Maktominey matçı şərh edib. O, komandasının ilk hissədə zəif oynadığını deyib:
“İlk iyirmi dəqiqə çətin keçdi. İkinci hissədə yaxşılaşa bildik. Komandaya kömək etmək istəyirəm. Baş məşqçi Antonio Konte tələbkardır və mənim performansıma böyük ümidlər bəsləyir”.
“Napoli” Çempionlar Liqasının növbəti turunda “Benfika” ilə qarşılaşacaq.