Laporta: “Çelsi”yə qalib gəlməliyik”

“Barselona”nın prezidenti Xuan Laporta noyabrın 25-də, “Stemford Bridc”də Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri oyun haqda danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barsa”nın “Çelsi”ni səfərdə məğlub etməli olduğunu düşünür:

“Londonda qalib gəlməliyik, amma bu asan deyil. Fantastik komandamız var. Bu matç üçün zədədən geri qayıdan oyunçularımızın olub-olmayacağını bilmirəm. Rafinya geri qayıtdı və meydana çıxdıqdan dərhal sonra demək olar ki, qol vurdu.

“Çelsi” çox balanslı komandadır. Öz oyunumuzu oynasaq, çoxlu şansımız olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right