ÇL: Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Newsport.az xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Slaviya” – “Arsenal” matçı noyabrın 4-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right