ÇL: “Qarabağ” bir nominasiyada ikincidir

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın “Yunion” (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi “Atletik” (146) isə üçüncüdür.

“Qarabağ” ötən gün səfərdə “Atletik”ə uduzub – 1:3. Komanda daha əvvəl Portuqaliyada “Benfika”ya (3:2), Bakıda isə Danimarka “Kopenhagen”inə 2:0) qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right