"Qarabağ”ın liqa mərhələsində ilk məğlubiyyəti Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası İspaniya səfərində "Atletik"lə üz-üzə gəlib.

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik" isə xal qazanmamşdı.

Bu qarşılaşmada Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzub. Bu, onların arıdıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

22 oktyabr

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

20:45. "Atletik" – "Qarabağ" - 3:1

Qol: Leandro Andrade, 1 (0:1), Qorka Quruseta, 40 (1:1), 88, (3:1), Robert Navarro, 70 (2:1)
Baş hakim: İqor Payaç (Xorvatiya)
"San Mames" stadionu

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right