“Atletik” – “Qarabağ” oyunu xorvatlara tapşırıldı

İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü turunun oyununa təyinatlar açıqlanıb.

Newsport.az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. FİFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.

“Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right