“Qarabağ”ın futbolçusu həftənin ən yaxşı qolunun müəllifi adına namizəddir

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir.

Newsport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri 2-ci turun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəddir.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i iki cavabsız qolla üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right