Daha öncə məlumat verdiyimiz kimi, Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” - “Kopenhagen” (2:0) matçının ən yaxşı oyunçusu ELvin Cəfərquliyev seçilib.
Newsport.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında Cəfərquliyev jurnalistlərin suallarını cavablandırıb.
"Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə, hamıya təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram ki, bizə inam verdilər. Komanda olaraq özümüzə inanırıq".
E.Cəfərquliyev media nümayəndəsinin "Yəqin ki, oyunun ən yaxşısı mükafatı ilə yatacaqsan" zarafatına belə reaksiya verib: "Yox, yenə də yata bilməyəcəyəm. Mükafatı elə bir yerə qoyacağam ki, həmişə görüm. Bəlkə, baxa-baxa yataram".
O, görüşün çətin keçdiyini də vurğulayıb: "Oyun çox çətin keçdi. Rəqibi analiz etmişdik. Son oyunlarına da baxmışdıq. Çempionla Liqasnda zəif rəqib yoxdur, bunu bilirik. Şükürlər olsun ki, qələbə qazandıq. Bununla kifayətlənmək olmaz. İnşallah, növbəti oyunlarda da azarkeşləri, sizləri sevindirərik".
E.Cəfərquliyev qarşıdakı matçlar haqda fikirlərini bölüşüb: "Əlbəttə. Amma biz də özümüz inanırıq. Növbəti rəqibləri də analiz edəcəyik".
Futbolçu "Turnir cədvəlində ilk "24-lüy"ə düşərək növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirərdiniz" sualını cavablandırıb: "Niyyətimiz sadəcə meydana çıxaraq öz oyunumuzu oynamq, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yalnız Allah bilir".