Çempionlar Liqası: “Qarabağ”dan ardıcıl ikinci qələbə Yenilənib

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edir.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər. 

“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) -2:0 

Qol: Abdullah Zubir, 28, Emmanuel Addai, 83

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right