Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u məğlub etdi GÜNÜN NƏTİCƏLƏRİ

Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur start götürüb.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən "Çelsi" "Benfika" 1:0 hesabı ilə məğlub edib,  "Ayntraxt" "Atletiko"ya böyük hesabla uduzub - 1:5,  "Ayaks" isə "Marsel"lə görüşdə 4 cavabsız qol buraxaraq məğlub olub.

Türkiyə "Qalatasaray"ı öz meydanında Ağdam təmsilçisinin digər bir rəqibi "Liverpul"u qonaq edib. İstanbul klubu dünya nəhəngi ilə görüşdə qələbə qazanmağı bacarıb - 1:0.

Tarixində ilk dəfə ÇL-də mübarizə aparan "Kayrat" isə "Real"ı qəbul edib. Qonaqlar Alma-Atada keçirilən göüşdə 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" sabah evdə "Kopenhagen"lə üz-üzə gələcək.

Çempionlar Liqası, Liqa mərhələsi, 2-ci tur

30 sentyabr

20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika) - 2:1

Qollar: Samardziç, 74-pen. Paşaliç, 87 – Tsolis, 38.

20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) - 0:5

Qollar: Mbappe, 25-pen; 52; 73. Kamavinqa, 83. B.Dias, 90+3.

23:00. "İnter" (İtaliya) - "Slaviya" (Çexiya) - 3:0

Qollar: L.Martines, 30; 65. Dumfris, 34.

23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:0

Qol: Rios, 18-avtoqol

23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 5:1

Qollar: Raspadori, 4. Le Normand, 33. Qrizmann, 45+1. C.Simeone, 70. X.Alvares, 82 – Burkardt, 57.

23:00. "Budo-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) - 2:2

Qollar: Hauqe, 53; 66 – Van de Ven, 68. Qundersen, 89-öz qapısına.

23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland) - 4:0

Qollar: Payşao, 6; 12. Qrinvud, 26. Obameyanq, 52.

23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0

Qol: Osimhen, 16-pen.

23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya) - 1:5

Qollar: Orsiç, 45 – H.Keyn, 15; 34. R.Gerrero, 20. N.Cekson, 31. Olise, 69.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right