"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünün biletləri satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, azarkeşlər Danimarkanın “Kopenhagen” kollektivi ilə qarşılaşmanın biletlərini sabah saat 12:00-dan onlayn qaydada əldə edə bilərlər.

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.

Xatırladaq ki, Azərbaycan çempionu ilk turda Portuqaliyada "Benfika"ya qalib gəlib (3:2).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right