"Ayaks"ın kapitanı "Qarabağ"dan danışdı: "Rəqiblərimiz böyük klublardır"

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın kapitanı Deyvi Klaassen püşkü dəyərləndirib.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycana uzun səfərin onları məyus etdiyini bildirib:

"Çempionlar Liqasına qayıtmaq xoşdur. Çünki, ən yaxşı komandalarla qarşılaşırsan. Rəqiblərimiz böyük klublardır. "Qarabağ"la oyun üçün uzun səfər etməliyik. Bu, bir az məyusedicidir. Digər rəqiblərə gəlincə, hər şey yaxşıdır. Çempionlar Liqasını əhatə edən hər şey sadəcə yüksək səviyyədədir. Himni, topu, atmosfer - hər şey yaxşıdır. Bu, UEFA Avropa Liqası ilə müqayisə oluna bilməz. Çempionlar Liqasının Amsterdama qayıtmasından çox şadam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right