“Qarabağ”ın prezidenti “Qalatasaray”ı arzulayır

“Qarabağ”ın prezidenti Tahir Gözəl Türkiyənin “TRT Spor” kanalına açıqlama verib.

Newsport.az xəbər verir ki, klub prezidenti açıqlamasında “Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb.

Tahir Gözəl ÇL-in liqa mərhələsində “Qalatasaray”la qarşılaşmaq istədiklərini bildirib.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right