“Hələ də inana bilmirəm ki, oradayıq” - “Kayrat”ın baş məşqçisi

"Kayrat"ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməkləri haqda danışıb.

Newsport.az xəbər verir ki, komanda ötən gecə pley-offun cavab oyunları çərçivəsində Şotlandiya "Seltik"i ilə heç-heçə edib - 0:0. Bu komandalar arasında ilk görüş də bərabərliklə başa çatdığı üçün (0:0) penaltilər seriyası oynanılıb. Burada 3:2 hesabı ilə üstün olan Almatı klubu tarixində ilk dəfə əsas mərhələyə yüksəlib.

Mütəxəssis isə komandasının bu uğuru haqda deyib: “Bizim qarşımıza çempionatda qalib gəlmək, kuboku qazanmaq və avrokuboklarda irəliləmək məqsədi qoyulmuşdu. Artıq birini reallaşdırdıq. Əslində, Çempionlar Liqasının liqa mərhələsini gözləmirdik, ən pis halda Konfrans Liqasında oynamağı düşünürdük. Amma indi özümüzü Çempionlar Liqasında tapdıq. Hətta uşaqlara dedim ki, biz yaman iş gördük. Hələ də tam inana bilmirəm ki, oradayıq. Hədəfimiz nə olacaq, görəcəyik, proqnoz verməyi sevmirəm, sakit və tədricən irəliləməyi xoşlayıram.”

O, Liqa mərhələsindıə hansı rəqiblərlə qarşılaşmaq istədiklərinə dair sualı da cavablandırıb: "Düzünü desəm, bu barədə düşünməmişəm. Matçdan əvvəl biz futbolçularla artıq orada olan komandaların siyahısını göstərdik. Nəhənglər. Hətta şəkilləri çap edib paltardəyişmə otağına asdım ki, səviyyəni görsünlər. Mən məşhur rəqiblərlə oynamaq istəyirəm. Bəlkə də bu, həyatda bir dəfə olan şansdır. Azarkeşlərimiz qarşısında oynamaq üçün Qlazqodakı kimi stadionumuzun olmaması təəssüf doğurur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right