“Qarabağ”la matçda zədələnən futbolçu Bakıda meydana çıxa bilər

“Ferentsvaroş”un futbolçusu Bence Ötvös “Qarabağ”la matçın hazırlıqlarında iştirak edir.

27 yaşlı dayaq yarımmüdafiəçisi Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı ilk matçında – birinci hissənin sonlarında zədə alaraq meydanı tərk etmişdi.

Newsport.az xəbər verir ki, Macarıstanın *metropol.hu” saytının yazdığına görə, onun ayaq biləyi burxulmuş və stadionu qoltuq ağacı ilə tərk etmişdi. O, matçdan yalnız iki gün sonra yeri bildiyini demişdi. Ehtimal olunurdu ki, futbolçu “Qarabağ”la Bakıda keçiriləcək cavab matçında (27 avqust) iştirak edə bilməyəcək.

İndi isə Macarıstan mediası yazır ki, futbolçunun səhhətində böyük irəliləyiş yaşanır və o, artıq komandanın bazar günü keçirilən məşqində iştirak edib. Onun “Qarabağ”la cavab görüşündə meydana çıxıb-çıxmayacağı isə hələ dəqiqləşməyib.

“Ötvös “Qarabağ”la ilk oyunda “Ferensvaroş” hesabda 1:0 öndə olarkən əvəzlənib və ikinci hissədə onun yoxluğu hiss olunub. Bu vaxt azərbaycanlılar orta sahəyə nəzarəti ələ alıblar və sonda 3:1 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra Ötvösün Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi üçün böyük bir möcüzə lazımdır” – deyə, “Metropol” nəşri yazıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right