"Qarabağ"ın Çempionlar Liqasıının II təsnifat mərhələsindəki rəqibi bəlli oldu Yenilənib

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Newsport.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşıb.

"Vindors Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.

"Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) - 1:1

Qollar: Şields, 45+3 - Kut,26
İlk oyun - 0:1

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.

"Qarabağ" ilk matçını 22 iyulda səfərdə, cavab görüşünü 30 iyulda Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right