UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümü üçün I təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" komandası ötən həftə qalib gəldiyi "Breydablik" səfərində darmadağın edilib.
Yarışa II raunddan başlayacaq Azərbaycan çempionu "Qarabağ"ın rəqibi bu gün müəyyənləşəcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
15 iyul
"Kayrat" (Qazaxıstan) - "Olimpiya" (Sloveniya) - 2:0
Qollar: Corcinyo, 5, Mirinskiy, 31
İlk oyun - 1:1
"Linkoln" (Cəbəllütariq) - "Vikinqur" (Farer Adaları) - 1:0
Qollar: De Barr, 90+6
İlk oyun - 3:2
"Milsami" (Moldova) - "Kups" (Finlandiya) - 0:0
İlk oyun - 0:1
"Malmö" (İsveç) - "İberiya" (Gürcüstan) - 3:1
Qollar: Ali, 55, 89, Cansson, 60 - Jaqaniya, 90+3
İlk oyun - 3:1
RFŞ (Latviya) - "Levadiya" (Estoniya) - 1:0
Qollar: Paniç, 69
İlk oyun: 1:0
"Hamrun" (Malta) - "Jalqris" (Litva) - 2:0 (Penaltilər seriyası - 11:10)
Qollar: Tione, 35, Mbonq, 41
İlk oyun - 0:2
"Differdanj" (Lüksemburq) - "Drita" (Kosovo) - 2:3
Qollar: Brusko, 28, Hadji, 90-pen. - Manay, 4, 17, Tuşa, 90+3
İlk oyun - 0:1
"Şkendiya" (Şimali Makedoniya) - TNS (Uels) - 2:1
Qollar: Tamba, 18, Trumçi, 116 - Uilliams, 38
İlk oyun - 0:0
"İnter Eskaldes" (Andorra) - FKSB (Rumıniya) - 2:1
Qollar: Andreu, 67, Llovet, 88 - Radunoviç, 51
İlk oyun - 1:3
"Breydalbilk" (İslandiya) - "Eqnatiya" (Albaniya) - 5:0
Qollar: Torsteinsson, 16, 27, Eynarsson, 23, 38, Omarsson, 69
İlk oyun - 0:1
"Buduknost" (Monteneqro) -"Noa" (Ermənistan) - 2:2
Qollar: İvanoviç, 68, Qrbiç, 90+1 - Omar, 6, Qrqiç, 29
İlk oyun - 0:1
"Jirinski" (Bosniya və Herseqovina) - "Virtus" (San Marino) - 2:1
Qollar: Mamiç, 40, Bilbiya, 75 - Skappini, 90+2-pen.
İlk oyun - 2:0