Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Newsport.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində bir görüş keçirilib.
Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşıb. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirilirdi. Gərgin keçən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə "İnter" daha bir qol vuraraq 4:3 hesablı qələbə qazanıb və finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı sabah keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək.
6 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3
Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)
Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovskiy (Polşa)
VAR: Dennis Hiqler (Niderland)
AVAR: Pol van Bokel (Niderland)
Milan. "Cüzeppe Meeazza"
İlk oyun - 3:3