“Biz təbii ki, bədbəxtik” “İnter”in qapıçısı

“İnter”in qapıçısı Yann Sommer UEFA Çempionlar Liqasının liqa mərhələsində Leverkuzen “Bayer”inə məğlubiyyəti (0:1) şərh edib. O, cari turnirdə ilk qolunu buraxıb.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli qolkiper oyunun sonunun uğursuz olduğunu bildirib:

“Oyunun sonu uğursuz oldu, biz təbii ki, bədbəxtik. Qapıya kimi topu uzaqlaşdırmaq üçün iki fürsətimiz oldu, amma bunu edə bilmədik. Çox güclü komandaya uduzduq, bu da işimizi çətinləşdirdi. Ancaq Çempionlar Liqasında hər şey hələ də öz əlimizdədir”.

“İnter”in 6 turdan sonra 13 xalı var və Çempionlar Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right