“Böyük komanda üzərində qələbədən çox məmnunuq” Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso “İnter” üzərində qələbəni (1:0) şərh edib.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Leverkuzen klubunun ispaniyalı çalışdırıcısı böyük komanda üzərində qələbədən çox məmnun olduqlarını bildirib:

“Böyük komanda üzərində qələbədən çox məmnunuq. Yetkin oyun nümayiş etdirə bildik, şansımızı gözlədik və əldə etdik.

Nordi Mukiele uyğunlaşa bilir, bizə çox şey verə bilər. Onun “İnter”ə vurduğu qolu möhtəşəmdir, amma gələcəkdə ondan daha çoxunu görəcəksiz”.

“Bayer” 6 oyundan sonra 13 xalla Çempionlar Liqasının turnir cədvəlində 2-ci yerdədir. Alonsonun komandası növbəti turda səfərdə “Atletiko” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right