Bu gün UEFA Çempionlar Liqasında 6-cı tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
“Liverpul” səfərdə “Jirona”ya, Madrid “Real”ı "Atalanta”ya, PSJ "Zalsburq"a, "Bavariya" "Şaxtyor"a qalib gəlib.
“Bayer” isə öz meydanında İtaliya "İnter"ini üstələyib.
Öz meydanında "Aston Villa"ya 2:3 hesabı ilə uduzan "Leyptsiq"in Liqa mərhələsinin sonunda turnirlə vidalaşacağı dəqiqləşib. Çünki keçirdiyi 6 oyunun hamısında uduzan Almaniya klubunun pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı da qalmayıb.
10 dekabr
UEFA Çempionlar Liqası, 6-cı tur
21:45 "Dinamo" (Zaqreb, Xorvatiya) – "Seltik" (Şotlandiya) - 0:0
21:45 "Jirona" (İspaniya) – "Liverpul" (İngiltərə) - 0:1
Qol: Salah, 63-pen.
00:00 "Atalanta" (İtaliya) – "Real" (İspaniya) - 2:3
Qollar: De Ketelare, 45+2. Lukman, 65 – Mbappe, 10. Vinisius, 56. Bellingem, 59.
00:00 "Bayer" (Almaniya) – "İnter" (İtaliya) - 1:0
Qol: Mukiele, 90.
00:00 "Brest" (Fransa) – PSV (Niderland) - 1:0
Qol: Le Kardinal, 43.
00:00 "Brügge" (Belçika) – "Sportinq" (Portuqaliya) - 2:1
Qollar: Kuareşma, 24-avtoqol. Nilsen, 84 – Katamo, 3.
00:00. "Leyptsiq" (Almaniya) - "Aston Villa" (İngiltərə) - 2:3
Qollar: Openda, 27. Baumqartner, 62 – Makqinn, 3. Duran, 52. Barkli, 85.
00:00 "Zalsburq" (Avstriya) – PSJ (Fransa) - 0:3
Qollar: Q.Ramos, 30. N.Mendes, 72. D.Due, 85.
00:00 "Şaxtyor" (Ukrayna) – "Bavariya" (Almaniya) - 1:5
Qollar: Kevin, 5 – Laymer, 11. Müller, 45. Olise, 70; 90+3. Musiala, 87.