"Dinamo"nun futbolçuları Bakını gəzdilər

Xorvatiyanın "Dinamo" klubu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu üçün ölkəmizə səfər edib.

Newsport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçuları bu gün paytaxt Bakıda şəhər gəzintisinə çıxıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda axşam saatlarında oyunöncəsi son məşqini həyata keçirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right