“Neftçi” və “Xəzər Lənkəran” Bakı Olimpiya stadionunda

"Bakcell Arena"nın ot örtüyünün "Neftçi"-"Xəzər Lənkəran" matçına kimi hazır vəziyyətə gətirilməsi məqsədi ilə hər iki komanda oyun öncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçirəcək.

Newsport.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq Olimpiya Stadionunun məşq meydançasında baş tutacaq. Məlum dəyişikliklə əlaqədar olaraq oyun öncəsi təşkil olunacaq brifinqdə iştirak etmək istəyən jurnalistlərə "Neftçi"PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:45-də Gənclik metrostansiyasının qarşısından yola düşəcək.Xatırladaq ki, komandamızın baş məşqçisi Samir Əliyevin iştirakı ilə keçiriləcək brifinq saat 19:30-da başlayacaq. "Neftçi"nin mətbuat nümayəndələri üçün açıq məşqi saat 20:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right