"Fasilədə ona dedim ki, ayıbdı, hakimliyin adını bitirirsən"

Bu gün I Divizionda ikinci tura start verilib. Hesabat həftəsinin mərkəzi qarşılaşmasında "Neftçala" ilə "Bakı" üz-üzə gəlib. Aran rayonuna qonaq olan "zolaqlılar" 0:2 hesabıyla uduzub. Paytaxt təmsilçisi yenilginin əsas səbəbkarı kimi Fariz Yusifovu görür. 

Newsport.az-ın məlumatına görə, "Bakı"nın baş katibi Zəka İbrahimov FİFA referisinin matçı qərəzli idarə etdiyini bildirib:

"O, oyunun əvvəlində qapımıza olmayan penalti verdi. Adi epizod idi, penaltidən söhbət gedə bilməzdi. Top heç qapıya istiqamətlənməmişdi. Fariz birinci dəqiqədən komandamızı "sındırmağa" çalışırdı. Fasilədə ona dedim ki, ayıbdı, hakimliyin adını bitirirsən. Dedi, sonra epizoda baxarıq. Dedim, çıx, heç olmasa, ikinci hissədə hakimlik elə. Nə olsun, yenə "yıxıb-sürüdü" bizi. Başa düşmədim ki, Farizin məqsədi nədi. "Bakı" burda rəqibə yox, hakimə uduzdu".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right