Vüqar Nadirov rəsmən “Qəbələ”-də FOTO

Milli komandamızın forvardı Vüqar Nadirovun yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, “Xəzər Lənkəran”dan ayrılan futbolçu karyerasını “Qəbələ”də davam etdirəcək. Vüqarla 2015-ci ilin sonunadək müqavilə imzalanıb. Müqavilədəki əlavə şərtlərə görə, Vüqarla müqavilənin müddəti mövsümün sonunadək uzadıla bilər. 28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) “Masallı” (2008) və “Karvan"da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right