“Bizim üçün ağır bir oyun oldu. Heyəti təzə yığmışıq. Turdan tura təcrübəmiz artır".
Newsport.az-ın məlumatına görə,bu sözləri“Zirə”nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.Şükürov daha sonra oyunla bağlı bunları deyib:"Futbolçularım daha çox qol epizodları yarada bilirlər. Artıq müdafiədən hücuma yaxşı çıxırıq. Çatışmazlıqlarımız var ki, onlar üzərində işləyəcəyik. Əsas məsələ odur ki, irəliləyiş var”.