I divizionun çempionu “Neftçala”nın baş məşqçisi Kamal Quliyevin yeni köməkçisinin adı məlum olub.
Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Musa Rəhimov növbəti mövsümdən oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
O, həm meydanda komandanın kapitanı olacaq, həm də məşqlərdə baş məşqçiyə kömək edəcək. Beləliklə, Rəhimov özünü həm də məşqçi kimi sınayacaq.