“Sabah” legioneri ilə müqaviləni ləğv etdi

“Sabah" klubu futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Moldova millisinin üzvü paytaxt təmsilçisinin rəhbərliyinə ayrılmaq istədiyini bildirib. (Report)
 
Qeyd edək ki, Yevgeni Koçuk bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right