"Neftçi” Azərbaycan Premyer Liqasının XXXV turunu qələbə ilə başa vurub.
Newsport.az-ın məlumatına görə, Masazırda yerləşən "Əlincə Arena”da "İnter”i qəbul edən "ağ-qaralar” böyükhesablı qələbəyə sevinib. 6 qolun qeydə alındığı matçda "Neftçi” 4-2 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində "Neftçi” mövsüm ərzində ilkini rəsmiləşdirib. Tarixinin ən pis mövsümünü keçirən Vəli Qasımovun komandası cari mövsümdə ilk dəfə bir oyunda 4 qol vurmağı bacarıb. "Flaqman” geridə qalan XXXV tur ərzində bir oyunda 3-dən çox qol vurmağı bacarmamışdı. Bakılılar IV turda səfərdə "Rəvan”ı, XXXIII turda isə AZAL-ı 3-1 hesabıyla məğlub etmişdi.
"Neftçi” bu qələbə sayəsində böyük ölçüdə avrokuboklara vəsiqəni təmin edib. Sonuncu turda Sumqayıtda qazanılacaq 1 xal Avropa Liqasında yollanmaq üçün kifayət edəcək.